Banner

Maliyyə

Bankların Mərkəzi Bankın depozitlərinə - MARAĞI AZALIB

Bankların Mərkəzi Bankın depozitlərinə - MARAĞI AZALIB | FED.az
17:49 15 Aprel 2019

Azərbaycan Mərkəzi Bankı 15.04.2019-cu il tarixində keçirilmiş depozitlərin cəlbi üzrə hərracın nəticələrini elan edib. FED.az xəbər verir ki, AMB-nin məlumatına görə, Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 336,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,70% təşkil edib.

Qeyd edək ki, hərracda banklardan 350 milyon manatlıq depozitin cəlb edilməsi nəzərdə tutulurdu. Amma əvvəlki hərraclaran fərqli olaraq bu dəfə bankların depozitlərə marağı təklifdən az olub.

Qeyd edək ki, aprelin 10-da oxşar vəziyyət Mərkəzi Bankın notları ilə bağlı da yaranmışdı.

Həmin gün keçirilən hərracda Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərracda bütün qiymətli kağızları yerləşdirmək mümkün olmamışdı.

Digər xəbərlər

Banner