Bankların likvidlik ilə bağlı heç bir problemi yoxdur. Manatın dəyəri formalaşıb.
FED.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O bildirib ki, Mərkəzi Bank öz pul siyasətini dəyişdikdən sonra hər bir manatın dəyəri formalaşıb.
Manatın qiyməti Mərkəzi Bankın formalaşdırdığı faizdir, qiymət faizlə ölçülür. İndi banklar hər bir manata görə əhaliyə, sahibkarlara pul ödəyirlər, məhz bunun hesabına banklar bazara çıxdı, bir ilin ərzində 50 min əmanətçi cəlb etdilər. Banklararası pul bazarı formalaşıb. Öz əməliyyat çərçivəmizi işə saldıqdan sonra vəsaitlər banklar arasında dövr edir.
"Bizim bank sektorunda likvidliklə bağlı hər hansı çətinlik problem yoxdur. Azir indeksi 8,25-ə çatana qədər bazarda likvidlik çatışmamazlığı var. Bazarda qısamüddətli 1 və ya iki gün belə olanda Mərkəzi Bank banklara pul buraxacaq. Likvidlik ilə bağlı heç bir problemimiz olmayacaq".- deyə sədr nəzərə çatdırıb.