Kredit portfelinin artım trendi sentyabr ayında da davam edib. Bankların kredit portfeli hesabat ayında 2,2 faiz (331,9 milyon manat) artaraq 15 milyard 538,7 milyon manat olub.
Eləcə də bax: Banklar əmanətlər üzrə daha çox - FAİZ ÖDƏYİB
FED.az biznes və maliyyə xəbərləri portalı Azərtac-a istinadən xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 9,8 faiz artıb. Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 79,8 faiz). Bankların depozit portfeli sentyabr ayında 4 faiz (900,3 milyon manat) artıb (ilin əvvəlindən 14,1 faiz artım).