Bəzi banklarda faizdən də faiz tutulur. Borc götürənlər müəyyən maliyyə çatışmazlığı səbəbindən borc öhdəliyini yerinə yetirə bilmir. Bu halda faiz borcu yarınır. Faiz borcuna əlavə faizin hesablanması, borc miqdarının artmasına və ödəmənin daha da çətinləşməsinə gətirib çıxarır.
Problemli kreditlər 805 milyonu ötdü - BİR İLDƏ 102 MİLYONLUQ ARTIM
FED.az xəbər verir ki, ekspertlər bildirirlər ki, qanunvericiliklə faiz, gecikdirilmiş əsas borca görə hesablanmalıdır.
Rəşad Həsənov onu da qeyd etdi ki, gecikdirilən hər günə görə ortalama 1% dəbbə pulu hesablanır.
Ekspert onu da qeyd etdi ki, maliyyə sektoru faiz gəlirlərinə münasibətdə itkilərini məhz bu yolla kompensasiya etməyə çalışırlar. Halbuki, bu, qanunvericiliklə qadağandır.










