Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 15,4 faiz artaraq, aprel ayının 1-nə milli valyuta ekvivalentində 11 milyard 964,4 milyon manat təşkil edib.
“Günay Bank”dakı əmanətlərin taleyi - NECƏ OLACAQ?
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, əmanətlərin 61,8 faizi milli, 38,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 4,1 faiz artıb.