Banklarda əhalinin əmanətləri azalıb.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, Noyabr ayının sonunda banklarda əhalinin əmanətlərinin məbləği 8 milyard 140 milyon manata düşüb. Oktyabr ayının sonu ilə müqayisədə Noyabr ayında əmanətlər 59,1 milyon manat azlıb.
Oktyabr ayının sonunda əhalinin banklarda 8 milyard 199.1 milyon manat əmanəti var idi.
