2020-ci ilin sonuna olan məlumata görə, Əmanətlərin Sığortalanması Fondu ləğvetmə prosesində olan banklara 148 milyon manata yaxın vəsait ödəməlidir.
Eləcə də bax: Əmanətlərin Sığortalanması Fondu 602 milyon manat - ZƏRƏR EDİB
FED.az Fondun illik hesabatına istinadən xəbər verir ki, 31 Dekabr 2020-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun kompensasiya ödənişləri üzrə öhdəlikləri 147 milyon 771 min manat təşkil edib. Bu öhdəliklər ləğvetmə prosesində olan banklara ödəniləcək vəsaitləri əks etdirir.
Fond 2020-ci il ərzində 681 milyon 158 min manat kompensasiya ödəyib.
Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin əsas məqsədi banklar ödəmə qabiliyyətini itirdikdə əhalinin və fərdi sahibkarların itkilərini kompensasiya etməkdir. (Marja)