Nağd pul krediti müştərilər tərəfindən ən böyük tələbat və maraq olan bank məhsuludur desək yəqin ki, yanılmış olmarıq.
Rəsmi gəlir əsasında ayrılan bu növ kreditlər istehlak kreditləri qrupuna aid edilir və əksər bankların kredit portfelinin böyük hissəsini təşkil edir.
Bəs nağd pul krediti əldə edən zaman hansı məqamlara diqqət etmək lazımdır?
Eləcə də bax: "Danışıqların gizli qalması üçün bu addımı atdıq" - BANKİR
Bildiyimiz kimi, Banklar kommersiya təşkilatlarıdır və fəaliyyətlərini gəlir əldə etmək istiqamətində qurublar. Nağd pul krediti məhsulu Bankların ən gəlirli məhsullarından biri , bəlkə də birincisi hesab edilir. Kreditin verilməsindən əldə edilən gəliri 2 istiqamətdə fərqləndirə bilərik. Bunlardan birincisi faiz gəlirləridir ki, kreditin aktiv olduğu müddət ərzində günbəgün olaraq əsas qalıq borcun üzərinə müqavilə ilə razılaşdırılmış illik faiz dərəcəsi ilə hesablanır. İkincisi isə komissiya gəlirləridir və kredit verilən tarixdə müştəridən tələb edilir.
Komissiya gəlirləri FİFD-ə (faktiki illik faiz dərəcəsi) təsir edir və bu baxımdan müştərilər bu haqda məlumatlı olmalıdırlar. Təsadüfi deyil ki, Banklar komissiyanın müştərilər üçün önəmini dərk edərək xüsusi tarixlərdə “komissiyasız kreditlər” adı altında kampaniyalar təşkil edirlər. Bəzi Banklarda komissiya gəlirləri ilə yanaşı məcburi sığorta xərcləri də mövcuddur ki, bu da əksər hallarda müştərilərin kəskin etirazlarına səbəb olur. Bankların faiz gəlirləri də öz növbəsində “nağdlaşdırma” və “rəsmiləşmə” komissiyası olmaqla 2 yerə ayrılır. Monitorinq qrupumuz bu yazısında nağd pul krediti məhsulunun “komissiya” şərti haqqında detallı araşdırma aparıb. Nəticələri rahat müqayisə edə bilməyiniz üçün aşağıdakı cədvəldə Sizlərə təqdim edirik.
Bank |
Kredit rəsmiləşən zaman tutulan komissiyalar |
||
Rəsmiləşmə |
Nağdlaşma |
Sığorta (məcburi) |
|
AtaBank |
1% |
Yoxdur |
Yoxdur |
Azər – Türk Bank |
1%(minimum 25 AZN) |
Yoxdur |
Yoxdur |
Bank BTB |
12 ayadək – 1% (min.10 AZN)13 – 24 ay – 2% (min.20 AZN)25 – 36 ay – 3% (min.30 AZN) |
1% |
Yoxdur |
Bank of Baku |
Təhsil/Tibb işçiləri – 1% (min.20 AZN)Ə/H >2500 AZN – 1% (min.20 AZN)Digər hallarda – 2% (min.20 AZN) |
Yoxdur |
Yoxdur |
Bank Respublika |
12 ayadək – 1.0% (min.10 AZN)13 – 24 ay – 1.5% (min.10 AZN)25 – 36 ay – 2.0% (min.10 AZN) |
Yoxdur |
Yoxdur |
Bank VTB |
1% |
1% (min.1 AZN) |
min.15 AZN – maks.73 AZN*məbləğ və müddətdən asılı olaraq |
Expressbank |
0.5%*30 Noyabradək olan kampaniya şərtləri |
Yoxdur |
Yoxdur |
Kapital Bank |
1% |
Yoxdur |
5% |
NBC Bank |
18 ayadək – 2.5%19 – 36 ay – 3.0% |
Yoxdur |
Yoxdur |
Nikoil Bank |
2% |
Yoxdur |
Yoxdur |
Rabitəbank |
1% |
Yoxdur |
0.5% |
Turan Bank |
1% |
Yoxdur |
Müştərinin yaşı, kredit müddəti və məbləğdən asılı olaraq dəyişir. |
Unibank |
0%*30 Noyabradək olan kampaniya şərtləri |
Yoxdur |
Yoxdur |
Yapı Kredi Bank |
1.5% |
Yoxdur |
Müştərinin yaşı, kredit müddəti və məbləğdən asılı olaraq dəyişir. |