Avqustun 15-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) notları üzrə keçirilən hərrac maraqlı nəticələrlə diqqəti cəlb edib.
FED.az xəbər verir ki, hərrac 50101070S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə keçirilib.
Hərrac zamanı 11 investor tərəfindən qiyməti 99.2290 AZN (9.99%) ilə 99.3812 AZN (8.01%) arasında olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 383 623 000 AZN olmuşdur. Başqa sözlə, əvvəlki hərraclarla müqayisədə bu dəfə notlara (notlar manatla buraxılır) tələbat kəskin azalıb və yerləşdrmə həcmindən cəmi 25% artıq olub.
Tələbatın azalması özünü notların gəlirliliyində də göstərib – gəlirlilik son aylarda sabitləşmiş 8% əəzinə 9%-ə yüksəlib.
Belə ki, AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3056 AZN (8.99%) müəyyən edilmişdir. Hərrac nəticəsində yerləşdirilmiş istiqrazların ortaçəkili qiyməti 99.3451 AZN (8.4756%), istiqrazların yerləşdirilmiş həcmi isə 300 000 000 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 12.09.2018-ci ildir.
Banklar manatdan ehtiytalandılar – NOTLARA TƏLƏBAT AZALDI
19:23
15 Avq 2018