Hazırda ölkəmizdə fəaliyyət göstərən bir çox banklar bəzi pul vahidlərini konvertasiya etmirlər. Bankların ölkəmizdə tələb olmayan pullara “yaxın durmaması” elə tələbdən asılıdır. İqtisadçı ekspert Cəfər İbrahimli Fins.az-a məsələ ilə bağlı açıqlaması zamanı bildirib ki, banklar tələbə əsasən təklifi formalaşdırırlar. Ekspertin fikrincə əslində banklar adları çəkilən valyutaların katirovkasını aparıb gəlir əldə edə bilərlər. Lakin yerli banklarımız daha çox likvidilliyi olan valyutalara üstünlük verirlər.
Ekspert ölkəmizdə olan Türkiyə banklarının lirəni konvertasiya etdiklərini bildirdi. Həmçinin ekspert adları çəkilən ölkələrə səfərlər zamanı bir çox vətəndaşların elə avro və dollar ilə səfər etdiklərini bildirdi.