Aprelin 13-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayens” üzrə Ekspert Qrupunun iclası keçirilib.
FED.az-ın məlumatına görə, iclasda Dövlət satınalma əməliyyatlarına nəzarət aparmaq məqsədilə Vergilər Nazirliyinə rəsmi müraciətin müsbət qarşılanması və Vergilər Nazirliyinin banklara təqdim etdiyi yoxlama aləti müzakirə edilib. Banklar “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması” Qaydasına dair məsələləri də müzakirə ediblər.
Eləcə də bax: “Exchange” açmaq üçün nə qədər pul lazımdır? - MƏBLƏĞLƏR
İclasda “NBC Bank” ASC, “Bank Avrasiya” ASC və “GünayBank” ASC-nin nümayəndələrinin “Komplayns Ekspert” Qrupuna daxil edilməsi məsələsinə baxılıb.
Xatırladaq ki, Azərbaycanda valyutadəyişmə məntəqələrinin - «exchange»lərin yenidən fəaliyyətə başlanması gözlənilir. Bununla bağlı qaydalar təsdiqlənsə də, bəzi normativ sənədlər üzərində iş başa çatmadığından bu məntəqələrin fəaliyyətə başlanması ləngiyir.