Azərbaycandakı banklar 2021-ci ilin 7 ayı ərzində cəlb etdikləri depozitlər üzrə 201,6 milyon manat faiz ödəyiblər.
Eləcə də bax: Azərbaycanda bankların faiz gəlirləri üzrə - RENKİNQİ (30.06.2021)
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərlcəri ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 milyon manat və ya 12,6% artıb. 2020-cu ilin 7 ayında banklar 179,1 milyon manatlıq depozit faizləri ödəmişdilər.
Banklar 2019-cu il ərzində depozitlər üzrə 372,4 milyon manat, 2020-ci il ərzində isə 312,9 milyon manat faiz ödənişi həyata keçiriblər. (Marja)