Elman Rüstəmov bildirib ki, Azərbaycanda biznesə bankların uzunmüddətli kreditlərin verilməsində marağın olmaması məsələsi “çox mürəkkəb sualdır”.
Eləcə də bax: Elman Rüstəmov: "Manata inam artır"
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov faiz dəhlizi üçün nəzərdə tutulan press-konfransda Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycan banklarının biznesi uzunmüddətli kreditlər verməkdə maraqlı olmadığı” şərhinə cavabında bildirir.
“Bunun bir çox səbəbləri var. Təbii ki, maraqlıdırlar. Bu günlərdə bank sektorunda likvidliyin səviyyəsi normanı iki dəfədən çox üstələyir. 30 faiz əvəzinə bu gün 63-64 faiz səviyyəsində likvidlik var. Bu vəsaitlər dəyəri olan vəsaitlərdir. Əsasən şəxslərin (əhali və hüquqi şəxslərin) depozitlərindən formalaşıb. Bunlar üçün banklar haqq ödəyir. Ona görə də banklar bu vəsaitlərdən istifadə etməkdə maraqlıdırlar”.
BU RİSKLİDİR…
Mərkəzi Bank sədri qeyd edir ki, bura da çox kontekslər var.
“Son dövrlərdə apardığımız təhlillər onu göstərir ki, banklarda olan maliyyə resursları başlıca olaraq qısamüddətlidir. Əsas səbəb bundan ibarətdir. Banklar qısamüddətli öhdəliklər vasitəsi ilə uzunmüddətli kreditləri təmin etmək məcburiyyətində qalır. Bu proses gedir, lakin olduqca riskli bir prosesdir”.
Mərkəzi Bankın sədri bu risklərin də ölçdüyünü tənzimlədiklərini vurğulayır.
“Bu günlərdə banklarda uzunmüddətli pullar var – Pensiya fondlarının vəsaitləri, sığorta şirkətlərinin vəsaitləri var hansı ki bank sektorunda yerləşdiriblər”.
Buradan da nəticə çıxarmaq olar ki, AMB sədri dediyi banklarda uzunmüddətli resursların olmaması ucbatından da bu kreditləri verməkdə maraqlı deyillər.