Azərbaycanda yüksək peşəkar xidmətləri ilə seçilən beynəlxalq audit şəbəkəsi olan REANDA AZƏRBAYCAN şirkətinin (REANDA INTERNATIONAL NETWORK LIMITED-nın tam üzvü) müştəri bazası genişlənir. Belə ki, artıq banklar öz audit hesabatlarının aparılmasını və hazırlanmasını REANDA AZƏRBAYCAN şirkətinə etibar edir. Bununla bağlı, şirkət bu yaxınlarda daha bir tenderin qalibi elan edilib.
Şirkətin İdarəedici partnyoru Rahim Manafovun FED.az saytına verdiyi məlumata görə, REANDA AZƏRBAYCAN ölkənin tanınmış banklarından olan "Yapı Kredi Bank Azərbaycan" QSC-nin QAIP üzrə Daxili Audit fəaliyyətinin qiymtələndirilməsi üzrə audit tenderinin qalibi oldu.
Qeyd edək ki, “REANDA AZƏRBAYCAN” MMC Azərbaycanın audit bazarında yeni beynalxalq brend olaraq fəaliyyət göstərir və bank, maliyyə institutları, xidmət, inşaat, transport sahəsində müştəriləri portfelinə sahibdir.
“REANDA INTERNATIONAL NETWORK LIMITED” brendi dünyanın 60-dan çox ölkəsində 140 ofisi fəaliyyət göstərir. Beynəlxalq audit şirkətinin 6000-dən çox əməkdaşı, həmçinin 250 tərəfdaşı mövcuddur.