Azərbaycan Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə bu gün Bakı Fond Birjasında keçirilən hərraclar yarımçıq baş tutub.
FED.az xəbər verir ki, hərraca çıxarılan notların 3-dən ikisi satılmayıb. BFB-dən verilən məlumata görə, 4 yanvar 2018-ci il tarixində Birjada AMB-nin 50100167S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.8882 AZN (14.99%) və 98.9984 AZN (13.48%) olan 9 sifariş təqdim edilib, sifarişlərin nominal qiymətlə ümumi məbləği 80 062 300 AZN olub. Başqa sözlə, 250 milyon manatlıq notlara cəmi 80 milyon manat sifariş gəlib.
Nəticədə notların gəlirliyi də yüksək olub. AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8882 AZN (14.99%), orta ölçülmüş qiyməti 98.9222 AZN (14.52%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 80,062,300 AZN təşkil edib. Notların ödəmə tarixi 31.01.2018
Banklar AMB-nin notlarını almadılar
16:35
4 Yan 2018