"Azərbaycan Banklar Asossiyasiyası" (ABA) İctimai Birliyində qumar oyunları ilə bağlı ölkə qanunvericiliyində aparılan son dəyişikliklərlə bağlı "Ödəniş Sistemləri və rəqəmsal bankçılıq", "Hüquqi məsələlər" və "Komplayns" üzrə ekspert qruplarının birgə görüşü keçirilib.
Eləcə də bax: Qumar oynayanlar üçün cərimə 600 manatdan - 5 Min Manata Qaldırılıb
FED.az xəbər verir ki, bu barədə ABA məlumat yayıb.
Məlumata görə, görüşdə dəyişikliklərin banklara aid olan müddəalara, habelə onların tətbiqi məsələləri və açıq məsələlər müzakirə olunub.