Mərkəzi Bank tərəfindən 2024-cü ilin I rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri açıqlanıb.
Bankların ən sərfəli kreditləri – ŞƏRTLƏR, SİYAHI (İyun, 2024)
FED.az xəbər verir ki, sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsini əhatə edir.
Sorğu nəticələrinə əsasən, 2024-cü ilin I rübündə biznes və istehlak portfelləri üzrə bankların kreditləşmə siyasətində dəyişiklik olmayıb, biznes kreditlərinə tələbdə azalma, istehlak kreditlərinə tələbdə artım müşahidə edilib. Sorğuya əsasən, banklar 2024-cü ilin II rübündə kredit portfelinin hər üç seqmenti üzrə standartların yumşalacağı və tələbin artacağı qənaətindədirlər. Sektorun kredit siyasətindəki dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.
2024-cü ilin I rübü üzrə kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq olar: