Bu il martın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,5 mlrd. manat, cəmi öhdəlikləri isə 24,6 mlrd. manat təşkil edib.
Palatadan verilən məlumata görə, sektorun balans kapitalı 3,9 mlrd. manat, əhalinin əmanətləri isə 7,7 mlrd. manat olub. 2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1,2% (329 mln. manat), öhdəlikləri 1% (246 mln. manat), kapitalı isə 2,2% (83 mln. manat) artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,444 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,331 nəfər təşkil edib.