Azərbaycanın bank sektorunun mart ayı üzrə icmalına əsasən aktivlər düşüb. FED.az xəbər verir ki, fevral ayında aktivlərin həcmi 28 milyard 499 milyon manat olduğu halda, mart ayının sonunda 27 milyard 907 milyon manat olub.
Müştərilərə verilən kreditlər 11 milyard 250 milyon manat olub, fevral ayında 11 milyard 147 milyon manat kredit portfeli vardı. Göründüyü kimi, kredit portfelində artım tendensiyası müşahidə olunur.