Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri ilə görüşüb.
AMB-dən FED.az-a bildirilib ki, görüş çərçivəsində bank sektoru üzrə 2024-cü ilin yekunları, inkişaf perspektivləri və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin son makroiqtisadi meyillər, cari il üzrə hədəflər və digər mühüm məsələlər müzakirə olunub.