“Bank Respublika” 2021-ci ilin I yarısında aktivlərini 17,5% - 1 milyard 214,621 milyon manata qədər artırıb.
Eləcə də bax: Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
İyun ayının sonuna bankın kredit portfeli 555,249 milyon manata (artım 24,3%) bərabərdir. 30 iyun 2021-ci il tarixinə istehlak kreditləri 98,497 milyon manat (artım 65%), biznes kreditləri 398,156 milyon manat (artım 19,6%) məbləğində qiymətləndirilir.
2021-ci il iyul ayının əvvəlinə “Bank Respublika”nın öhdəlikləri 1 milyard 125,382 milyon manat (artım 18,1%), depozitlər 863,637 milyon manat (artım 25,2%), o cümlədən fiziki şəxslərin əmanətləri 359,534 milyon manat (artım 15%) təşkil edir.
Bankın kapitalı 89,238 milyon manata (artım 10,3%), nizamnamə kapitalı 73,461 milyon manata (dəyişməyib) bərabərdir.
2021-ci ilin I yarısında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 7 milyon 553,67 min manat (2020-ci ilin I yarısı ilə müqayisədə artım 68,4%) təşkil edib.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT təmsil olunur.