Bankların kreditləşməyə açılması ilk olaraq lombard kreditlərindən başladı. FED.az xəbər verir ki, bu sələmçilər bazarında yenidən rəqabət yaratmağa imkan verərcək. Nəticədə həm də faizlərdə azalma gözlənilir.
Əsas məbləğə 3-7 faiz
Qeyd edək ki, lombardlar hazırda qızıl, daşınar və daşınmaz əmlak qarşılığında müştərilərə kreditlər təklif edirlər. Müştərilərə təklif olunan kredit qarşılığında lombardlar əsas məbləğin üzərinə 3-7 faiz arasında aylıq ödəniş tələb edirlər. Bu zaman əsas məbləğ olduğu kimi qalır.
Müddətsiz kredit...
Maraqlı nüanslardan biri də budur ki, bəzi lombardlardan müddətli, bəzilərində isə müddətsiz kredit götürmək olar. Müddətsiz kreditlər adətən kiçik məbləğləri əhatə edir və bu zaman daha çox girov vasitəsi qızıldır. Lombardlardan aldığımız məluamata görə, müddətli kreditlər isə böyük məbləğdə pul istəyən müştərilərə təklif olunur. Qeyd edək ki, fərqlərdən biri də ondadır ki, lombardlar banklar kimi uzunmüddətli kredit verə bilmirlər. Yəni, onların verdikləri kredit maksimum 24 aydır.
Girov – qızıl, avtomobil
Qoyulmuş vaxt ərzində ödəniş olunmadıqda isə kredit götürən şəxsin girovu lombard xidməti göstərən bankın balansına keçir: “Hazırda müştərilərimiz girov kimi daha çox zinət əşyaları, avtomobilə üstünlük verirlər”deyən lombard əməkdaşı kredit götürənlərin sayının az olmadığını bildirdi.
Qiyməti nədirsə, kredit məbləği də odur
Daha bir məsələ ondan ibarətdir ki, girovla verilən pul necə hesablanır. Qızıl girov götürülərkən lombard sahibləri mütləq onu zərgərə yoxlatdırırlar. Qızılın dəyəri onun əyarı əsasında hesablansa da, lom kimi qiymətləndirilir və bu zaman onun üzərindəki qaşlar heç bir dəyər daşımır. Beləliklə, girova qoyulan qiymət müqabilində də kredit verilir.
Eləcə də bax:Banklar lombard kreditlərini hansı şərtlərlə verir - SİYAHI
Sələmçilərin “problemli kreditlər”i artıb
Azərbaycanda heç vaxt bazarı ölməyən “faizə pul” biznesi isə bankların kredit vermədikləri müddətdə daha çox tələbolunan bir səviyyəyə qalxdı. Hazırda 15%-dək verilən sələmlər məsləsində də “problemli kreditlər” az olmadı. Bununla bağlı hətta məhkəmə proseslərinin belə sayı durmadan artır. FED.az-ın sələmçilərdən birindən əldə etdiyi məlumata görə, hazırda faizə pul verdikləri müştəri kateqoriyası daralıb: “Ancaq 100 faiz etimad etdiyimiz şəxslərə pul veririk. Faizlər isə aylıq faiz 10-15 arasında dəyişir.
Bank lombardlarının kredit faizləri barədə bizdən xəbər tutan sələmçi isə bunun faizlərə təsir edəcəyini söylədi. Onun fikrincə, bu, faizlərin aşağı düşməsinə təsir edəcək.
Bank lombardları sələmçilərin "bazarını öldürəcək" - ARAŞDIRMA
15:17
2 Aprel 2018