Azərbaycanda plastik kartların sayı artaraq 10 milyondan bir qədər də aralaşıb.
Eləcə də bax: Azərbaycanda nağdsız ödənişlər 61% artıb, ATM ödənişlərində - Rekord Qeydə Alınıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ölkədə bank kartlarının sayı son ayda 88 min (0.88%) artaraq 10 139 min ədədə yüksəlib.
Bu kartlardan 3 409 min ədədi sosial kartlar ( aylıq müqyisədə 1.73% azalıb), 2 601 min ədədi əməkhaqqı kartları (0.31% artım), 2 884 min ədədi digər (3.52% artım) və 1 244 min ədəd isə kredit kartları olmuşdur (3.41% artım).