Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövriyyədə olan kredit və debet kartları ilə 19,617 mlrd. manat həcmində əməliyyatlar həyata keçirilib.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% çoxdur.
Hesabat dövründə əməliyyatların əhəmiyyətli hissəsi (18,412 mlrd. manat) debet kartları, qalan 1,204 mlrd. manatı isə kredit kartları ilə həyata keçirilib.
Debet kartları ilə aparılan əməliyyatların 95,6% ölkə daxilində, qalan 4,4%-i isə ölkə xaricində həyata keçirilib.
Kredit kartlarına gəldikdə isə, sözügedən kartlar ilə aparılan əməliyyatların 91,3% ölkə daxilində, qalan 8,7%-i isə ölkə xaricində həyata keçirilib.
Qeyd edək ki, 2021-ci ilin avqustun 1-nə Azərbaycanda dövriyyədə 8,894 mln. ədəd debet kartı və 1,244 mln. ədəd isə kredit kartı var. Beləliklə, son bir ildə debet kartlarının sayı 13,9%, kredit kartlarının sayı isə 26,3% artıb. (Apa)