Azərbaycandakı banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 2021-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) 297.2 milyon manatlıq faiz məbləği ödəyiblər.
Eləcə də bax: Azərbaycanda 1 il ərzində 1 milyona yaxın yeni kredit hesabı - AÇILIB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərlcəri (əmanətçilərə ödənilən faizlər) ötən ilin eyni dövrü ilə müqayisədə 38,9 milyon manat və ya 15% artıb. 2020-cu ilin 10 ayında banklar 258.3 milyon manatlıq depozit faizləri ödəmişdilər.
Banklar 2019-cu il ərzində depozitlər üzrə 372,4 milyon manatlıq, 2020-ci il ərzində isə 312,9 milyon manatlıq faiz ödənişi həyata keçiriblər.
KREDİTLƏRDƏN FAİZ GƏLİRLƏRİ DEPOZİTLƏR ÜRƏ FAİZ XƏRCLƏRİNDƏN 4,7 DƏFƏ ÇOXDUR
2021-ci ilin 10 ayında banklar verilmiş kreditlər üzrə 1 milyard 394.3 milyon manat gəlir əldə ediblər. Kreditlər üzrə faiz gəlirləri 2020-ci ilin 10 ayı ilə müqayisədə 132.8 milyon manat və ya 10,5% artıb. Ötən ilin 10 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 261.5 milyon manat təşkil etmişdi.
ƏHALİNİN 8,7 MİLYARD MANAT ƏMANƏTİ VAR
31 Oktyabr 2021-ci il tarixində fiziki şəxslərin banklarda 8 milyard 713.8 milyon manat əmanəti olub. Bu əmanətlərin 5 milyard 260.8 milyon manatını müddətli (faizli), 3 milyard 453 milyon manatını tələbli əmanətlər təşkil edib. Banklardakı cəmi depozitlər (hüquqi və fiziki şəxslərin depozitləri) 24 milyard 26.1 milyon manat olub. O cümlədən hüquqi şəxslərin depozitləri 15 milyard 312.3 milyon manat təşkil edib, bundan 2 milyard 81.1 milyon manatı müddətli, 13 milyard 231.2 milyon manatı tələbli depozitlər olub.