Azərbaycanda daha bir yeni lizinq şirkəti təsis edilib.
Eləcə də bax: Lizinq şirkətinə əlavə maya qoyulub
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, “Best Finance Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Lizinq şirkəti 10 manat nizamnamə kapitalı ilə Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospekti , ev 32A ünvanında dövlət qeydiyyatına alınıb.
18 yanvarda dövlət qeydiyyatına alınan lizinq şirkətinə Maqsud Mehrəliyev Ramiz oğlu qanuni təmsilçiliyi (direktor) edəcək.