2025-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 105.9 manat və ya 8,5 faiz artaraq 1357,5 manat olub.
Bu barədə FED.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Ötən ilin müvafiq dövründə Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 251,6 manat idi.










