Bu gün Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilir.
FED.az xəbər verir ki, forumda Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov, NMR-in maliyyə naziri Həsən İsmayılov, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti Ziyad Səmədzadə, Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti Əsma Rezmukinin çıxışları gözlənilir.
Forumun mövzuları arasında SOCAR-ın son illərdə davamlı inkişaf hesabatlarının hazırlanması və maliyyə hesabatlarında davamlı inkişafla bağlı yeni tələblər; yaşıl iqtisadiyyatda vergi siyasətinin rolu; hökumət auditorlarının iqlim böhranına və enerji keçidinə necə reaksiya verdiyi; Azərbaycan-2030: davamlı maliyyənin hüquqi tənzimlənməsi və ESG gündəliyi yer alıb.
Forum çərçivəsində memorandum imzalanacaq.