Bakıda mühasibət uçotu sahəsində aparılan islahatlar və beynəlxalq standartların tətbiqi ilə bağlı forum keçirilir. FED.az xəbər verir ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossiasiyası (ARPA) və Dünya Bankının Maliyyə Hesabatları üzrə İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən forumda Azərbaycanda yeni mühasibat uçotu standartlarının tətbiqi və mühasibat uçotu sahəsində aparılan islahatlarla bağlı müzakirələr aparılacaq.
Forumun keçirilməsində əsas məqsəd “Mühasibat Uçotu haqqında” Qanununa dəyişikliklərdən irəli gələn yeni standartlara keçid prosesinin asanlaşdırılmasına töhfə vermək, yeni dəyişikliklərlə bağlı üzləşilə biləcək problemlər və onların həlli yollarını araşdırmaq, mühasibat uçotu üzrə təhsil proqramının hazırlanmasında Azərbaycanın aparıcı ali təhsil müəssisələri və peşəkar mühasibat təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinə nail olmaqdır. Forumda mühasibat uçotu və maliyyə idarəetməsi sahəsində ixtisaslaşmış mütəxəssislərlə yanaşı, nüfuzlu yerli dövlət və özəl müəssisələrin rəhbər vəzifəli şəxsləri və əcnəbi mütəxəssislərdə iştira edir.
Gözlənilir ki, forum gələcəkdə müvafiq sahədə vahid platformanın formalaşdırmasına əsas olacaq.
Tədbirdə Dünya Bankının Azərbaycandakı ofisinin rəhbəri Navid Həsən Naqvi mühasibat uçotu üzrə yeni standartların ölkədə tətbiqinin əhəmiyyətindən danışıb. Maliyyə Nazirliyinin şöbə müdiri Firuzə Abdullayeva isə bildirib ki, mühasibat uçotu üzrə yeni standartların tətbiqi ölkəyə xaricdən sərmayə cəlb edilməsinə şərait yaradacaq.
Bakıda mühasibat uçotu ilə bağlı konfrans keçirilir
10:50
2 Okt 2018