FED.az xəbər verir ki, bu ilin may ayında Bakı şəhərində növbəti dəfə Maliyyə və İnvestisiya forumunun keçirilməsi planlaşdırılırr. Forumun həmtəsisçiləri Sabit Məmmədov, Rafiq Hunaltay, Niyazi Abbasov və Emin İsmaylovdur.
- Emin bəy, Maliyyə və İnvestisiya Forumu — FİF neçənci ildir keçirilir?
Məlumat üçün bildirim ki, bu il ikinci il olacaq ki, Maliyyə İnvestisya Forumunu təşkil edirik. İlk dəfə tərəfimizdən 6 may 2017-ci il tarixdə Bakı şəhərində, “Pullman” oteldə 200-dən çox şirkətin 500-dək əməkdaşının iştirakı ilə “Maliyyə və İnvestisiya Forumu” təşkil edilmişdir. Forumun keçirilməsində məqsəd Azərbaycanın maliyyə bazarının mövcud vəziyyətinin təhlili, bu sahədə olan çatışmazlıqılar, onların aradan qaldırılması istiqamətləri və dünyada tətbiq edilən qabaqcıl təcrübə haqqında təfərrüatlı məlumat mübadiləsi, habelə maliyyə və vergi maarifləndirməsi sahəsində dövlətin həyata keçirdiyi genişmiqyaslı tədbirlərə dəstək olmaqdan ibarət olmuşdur. Forum maliyyə və investisiya sahəsində fəaliyyət göstərən böyük holdinq və şirkət əməkdaşları tərəfindən könüllü şəkildə sosial məsuliyyət layihəsi kimi həyata keçirilmişdir.
- FİF-in bu ilki mövzusu nədir?
Məlum olduğu kimi, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Son illərdə qlobal iqtisadi çağırışlara uyğun olaraq bu istiqamətdə aparılan, konkret hədəflərə yönəlmiş genişmiqyaslı iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin tərkib hissəsi olaraq dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının rəqəmsallaşdırılmasının daha da intensivləşdirilməsi, Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm sənədlər imzalanmış, ölkədaxili və beynəlxalq miqyasda əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.Builki forumun keçirilməsində məhz əsas mövzumuz ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional əhəmiyyətli iqtisadi oyunçu kimi Azərbaycan Respublikasının aparıcı mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaqdan ibarətdir. Bu ilki Forum“Rəqəmsal Biznes Trendləri” devizi altında keçiriləcək.
- Forumun əsas məqsədi nədir?
Forumun əsas məqsədi Müstəqil dövlətimizin mövcudluğunun əsas şərtlərindən biri kimi onun iqtisadi təhlükəsizliyinin təmin olunması, üzunmüddətli inkişaf strategiyasının formalaşdırılması ilə bağlı hökumət tərəfindən həyata keçirilən bütün tədbirlərə dəstək verilməsi, Sahibkarlarımızın daha çox məlumatlandırılması və həmçinin bu sahədə olan mütəxəssislərin maarifləndirmə prosisində iştirak etməklə yanaşı hər bir vətəndaşın, o cümlədən də hər bir sahibkarın mənəvi borcu olduğu kimi bizdə FİF komandası olaraq bizim üçündə mühüm əhəmiyyət kəsb edir.
- Forumda spikerlər və moderator qismində kimləri görə bilərik?
Ümümiyyətlə Forumda bir gün ərzində 3 panel — “Vergi siyasəti və mühasibat uçotu”, “Maliyyələşmə Strategiyaları” və “İnvestisiya Strategiyaları” panelləri üzrə keçiriləcəkdir. Hər paneldə 1 moderator və 3 spiker olmaqla 12 yerli və xarici spikerin çıxışı nəzərdə tutulur.
Hal hazırda adlar deməyək sürpiriz olsun ancaq qeyd edim ki, ölkəmizin ən öndə olan holdinglərin , şirkətlərin, böyük 4-lük audit şirkətlərinin, sığorta və bankalrın rəhbər şəxslərindən ibarət olanspikerlər olacaq. Facebook səhfəmizdə və fif.az sayıtında mərhələli şəkildə spikerlər haqqında məlumatlar paylaşılacaq. Əlavə olaraq qeyd edim ki, hər il olduğu kimi bu ildə xaricdən qonaq spikerimiz olacaq. Bu ildə Avropanin ən öndə olan banklarının birinin CFO-su qonaq spiker olacaqdır.
- Forum hansı tarixdə və məkanda keçiriləcək?
Yuxarda qeyd etdiyim kimi ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə II Maliyyə və İnvestisiya Forumu “Rəqəmsal Biznes Trendləri” devizi ilə 5 may 2018-ci il tarixində Bakı şəhərində, “Pullman” oteldəkeçiriləcək.
topxeber.az