Maliyyə

Bakıda ən çox hansı sahədə çalışanların maaş aldığı - MƏLUM OLUB

Bakıda ən çox hansı sahədə çalışanların maaş aldığı - MƏLUM OLUB | FED.az
17:55 28 Avq 2019

2019-cu yanvar-iyun aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 3,5 faiz artaraq 816,8 manat olub.

FED.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olmuşdur.

Digər xəbərlər