Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında gediş haqqının “Mastercard” beynəlxalq ödəniş sisteminə məxsus kartlarla ödənilməsində yaranmış problem yaxın günlərdə öz həllini tapacaq.
FED.az xəbər verir ki, bunu Mastercard-ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov qurumun bu gün keçirilən mətbuat konfransında bildirib.
E.Zeynalovun sözlərinə problem tam həll edilməyib və bunun həlli istiqamətində bir çox səylər göstərilib: “Düşünürəm ki çox yaxın bir zamanda məsələ öz həllini tapacaq”.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayının 4-dən etibarən “Azərbaycan Dəmir Yolları” QSC “Mastercard” beynəlxalq ödəniş sisteminə məxsus kartlarla ödənilməsində yaranmış problemlə bağlı kartla ödəniş etməyə çalışan sərnişinlərə xəbərdarlıq edib. Xəbərdarlıqda “Mastercard” vasitəsi ilə birbaşa, eləcə də "Apple Pay” və “Google Pay” üzərindən ödəniş etməmək tövsiyə edilir: