Azərbaycanın ən böyük idman və konsert zalı olan “Bakı Kristal Zal” zərərlə işləyir. FED.az «Bakı Kristal Zal»ın hesabatına istinadən xəbər verir ki, dövlət tərəfindən 2012-ci ildə inşa edilmiş və iri tədbirlərin əksəriyyətinin keçirildiyi bu qurum son iki ildir zərərdədir, üstəlik, 2017-ci ildə qurumun zərəri 2016-cı ilə nisbətən daha 55% artıb.
FED.az Bakı Kristal Zal”-ın “Mənfəət və Zərər” hesabtaına əsasən bildirir ki, şirkətin cəmi əməliyyat gəlirləri 2017 –ci ilin yekununda ötən ilə nisbətən 4,05 dəfə artaraq 369 481 manata çatıb ki, bu məbləğ də əsas əməliyyat gəlirlərinin payına düşür.
Xərclərə gəldikdə isə, ötən illə müqayisədə xərclərdə artım olub. Belə ki, kommersiya xərcləri 2016-cı illə müqayisədə 4,48 dəfə artaraq bu il 840 456 min manata yüksəlib. İnzibati xərclər 60,15% artaraq 9 989,3 min manat olub.
Ötən il 413 022 manat material xərcləri olduğu halda bu il material xərcləri olmayıb. Yekunda cəmi əməliyyat xərcləri 58,37% artaraq 6 837,9 min manata çatıb.
Hesabat dövrünün sonuna xalis mənfəət olmayıb . Ötən ildə olduğu kimi bu ili də zərərlə başa vurub. Xatırladaq ki, “Bakı Kristal Zal” ötən ili 6 746,7 min manat zərərlə, 2017-ci ili isə 10 460,2 min manat zərərlə başa vurub.
Başqa sözlə, “Bakı Kristal Zal” son iki ildə 17 milyon manatdan artıq zərər edib.
FED.az “Bakı Kristal Zal”-ın “Balans” hesabatına istinadən bildirir ki, Cəmi aktivlər ötən ilə nisbətən 4,66% azalaraq 176 535,9 min manat olub. Ötən il vergi və sair məcburi ödənişlər olmadığı halda bu il bu məbləğ 25 549 manat olub.
Cəmi öhdəliklər və kapital isə bu il 176 535,9 min manat təşkil edib.
Qeyd edək ki, “Bakı Kristal Zal”- ın 2017-ci ilin yekunu üzrə nizamnamə kkapitalı 191 567,4 min manat olub.
«Bakı Kristal Zal» da zərərlə işləyir - HESABAT
10:43
7 Sen 2018