“Aztelekom” MMC 2018-ci ili 18 milyon 812 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, MMC 2017-ci ili 5 milyon 647 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Aztelekom”un xalis mənfəəti 3,3 dəfə artıb.
FED.az “Aztelekom”un illik hesabatına istinadən xəbər verir ki, ötən il MMC-nin cəmi gəlirləri 81 milyon 953 min manat, cəmi xərcləri isə 63 milyon 141 min manat təşkil edib.
2017-ci ildə “Aztelekom”un cəmi gəlirləri 89 milyon 438 min manat, cəmi xərcləri isə 83 milyon 791 min manat təşkil etmişdi.