"AzSığorta" artıq 3-cü dəfə "Mübarizlər" layihəsinin sponsoru olub. FED.az xəbər verir ki, şirkət "Gilan Holding", Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə sentyabrın 29-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris mərkəzində keçirilmiş yarışda iştirak edib.
Müxtəlif fərdi şəxslərin, korporativ şirkətlərin iştirak etdiyi yarışa “AzSığorta” 2 komanda ilə qatılmışdır. Yarışın sonunda şirkətin hər iki komandası uğurla finişə çatmışdır. Şirkətin 1 nömrəli komandasının əməkdaşları isə 2 saat 52 dəqiqə nəticə görsədərək 29 şirkət arasında 15-ci yeri tutmuşdur.
“Mübarizlər” yarışı unikal və beynəlxalq statusa malik bir layihədir. İştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət ediblər. Daha sonra çempionat iştirakçıları uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayıblar.
Sığorta şirkəti olaraq "Azsığorta" – fəal istirahət zamanı hər hansı bir qəza baş verə biləcəyini nəzərə alaraq "Mübarizlər" iştirakçılarının sağlamlığı və təhlükəsizliyi üçün onları oyun zamanı sığortalayır.
“AzSığorta” ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “B” reytinqini təyin etmişdir.
"AzSığorta" Bakıda "Mübarizlər" yarışında iştirak edib
14:48
2 Okt 2018