Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) maliyyə vəziyyəti məlum olub. FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, ötən illə müqayisədə bu il yanvarın 1-nə olan məlumata görə, dövlət informasiya agentliyinin aktivləri 3 dəfədən çox artaraq 9 mln 361 min manat təşkil edib.
AZƏRTAC ötən ili 10 mln 328 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2017-ci illə müqayisədə 26 dəfə çoxdur.
2018-ci ilin sonuna qurumun öhdəlikləri 11 min 194 manat olub . Ötən il agentliyin gəlirləri 2017-ci illə müqayisədə 34,9% artaraq 11 mln 011 min manat olub. 2018-ci ildə agentliyin xərcləri isə 1,6% azalaraq 7 mln 597 min manat olub.
2017-ci ilin yekununda agentliyin 19 min manatlıq kapitalı çatışmazlığı 2018-ci ildə 6 mln 914 min manatlıq kapital ilə əvəzlənib.
AZƏRTAC - ın maliyyə vəziyyəti məlum olub
15:53
23 İyul 2019