“Azərsu” ASC 2023-cü ildə dövlət büdcəsindən investisiya məqsədləri üçün 209,532 milyon manat məbləğində vəsait əldə edəcək.
Dəniz suyunu şirinləşdirmək neçəyə başa gəlir? – Dünyada bunu necə edirlər? - ÜSULLAR, QİYMƏTLƏR
FED.az xəbər verir ki, “Azərsu”nun birləşdirilmiş maliyyə hesabatına əsasən, cari il cəmiyyətə ilkin olaraq bu məqsədlər üçün 139,582 milyon manat ayrılmalıdır.
Lakin 2023-cü il dövlət büdcəsinin parametrlərinin təkrar nəzərdən keçirilməsi nəticəsində “Azərsu” üçün dövlət investisiyalarının həcmi 209,532 milyon manatadək artırılır.
Bu vəsait Azərbaycan əhalisinin su təchizatının yaxşılaşdırılması, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, su sayğaclarının quraşdırılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldiləcək. (İnterfaks-Azərbaycan)