Azərbaycanın vahid poçt operatoru olan «Azərpoçt» 2018-ci ili zərrələ başa vurub. FED.az qurumun hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə Azəpoçt MMC-nin gəlirləri 47,118 mln. manat, xərcləri isə 47,453 mln. manat olub.
Nəticədə, qurum ötən ili 334 568 manat zərərlə başa vurub.
Eləcə də bax: Azərbaycanda internet 70 faiz ucuzlaşacaq - AÇIQLAMA
Ötən il Azərpoçt MMC–nin işçi heyəti üzrə xərcləri 23 milyon manat, sair əməliyyat xərcləri is təqribən 15 milyon manat təşkil edib. Məlumat üçün bildirək ki, hesabat dövründə Azərpoçt-un gəlirlərinin böyük hissəsini əməliyyat gəlirləri təşkil edib. Belə ki, ötən il MMC-nin əməliyyat gəlirləri 46,118 mln manat olub.
Məlumat üçün bildirək ki, «Azərpoçt» MMC 2017-ci ili 2,951 mln manat mənfəətlə başa vurmuşdu.