Azərbaycanda prosessinq mərkəzlərindən biri “Azerikard” MMC-nin IT departamentinin strukturunda dəyişiklik baş verib.
FED.az Banker.az-a istinadən bildirir ki, departamentin strukturunda olan Texniki dəstək və təminat şöbəsinin adı dəyişdirilərək, Müəssisə sistemləri və texniki dəstək şöbəsi adlandırılıb. Hazırda bu şöbənin müdiri İslam Rzayevdir.
Qeyd edək ki, IT departamentinin strukturunda əlavə Tətbiq və testləşdirmə şöbəsi və Kartların hazırlanması şöbəsi vardır.