Azərbaycan Beynəlxalq Bankının (ABB) prosesinq mərkəzi olan “Azericard” MMC şirkətinin rəhbərliyinə yeni üzv seçilib.
Eləcə də bax: “Qala Həyat”a yeni sədr - TƏYİN EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Vüsal Şahverdiyev “Azericard”ın Müşahidə Şurasının üzvi seçilib. V.Şahverdiyev həmçinin ABB-yə cari ilin əvvəlində “Bank BTB” ASC-dən gəlib. O, həmçinin, hazırda ABB-də Transformasiya departamentinin direktorudur.
2020-ci ilin əvvəlinə qədər “Bank BTB”nin İdarə Heyətinin üzvü və ona yaxın “BTB Lizinq” şirkətinin Müşahidə Şurasının üzvi vəzifəsində çalışırdı.
Qeyd edək ki, ABB-dən “Azericard”ın Müşahidə Şurasına son 3 ayda qeydə alınan ikinci təyinatdır. Bundan öncə isə 2020-ci ilin iyun ayında Ceyhun Qarayev M.Ş üzvi seçilmişdi.