01 iyul 2022-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.
Eləcə də bax: Dövlət Neft Fondu aktivlərinin cüzi artdığını - AÇIQLADI
FED.az xəbər verir ki, Dövlət Neft Fondunun yaydığı məlumatda bildirilir ki, 01.01.2022 - 01.07.2022-ci il dövründə AÇG yatağından 4 milyard 871 milyon ABŞ dollar, Şahdəniz yatağından (qaz və kondensat) 633 milyon 256 min ABŞ dolları gəlir əldə edilib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 219 milyon 357 min ABŞ dolları təşkil edib.