Debet və kredit kartları vasitəsilə 2017-ci ildə cəmi 14 milyard 728 milyon manatlıq əməliyyat aparılıb. FED.az xəbər verir ki, ölkə daxili əməliyyatların həcmi ATM-lərlə 11 milyard 281 milyon manat, POS terminalla 709 milyon manat olub. Ölkə xarici əməliyyatların həcmi isə ötən il 1 milyard 23 milyon manat olub. Bu vəsait 642 min əməliyyat zamanı xərclənib.
Hazırda Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 5800 ədəddir. 2014-cü ilin sonunda isə bu rəqəm 5965 ədəd olub. Bunların 2535-i sosial kartdır.
Əmək haqqı kartlarının sayı 1827 ədəddir və ötən illər ərzində sayı artmaqda davam edir. Kredit kartlarında ən yüksək göstərici 2014-cü ildə qeydə alınıb: 1302 ədəd. Hazırda kredit kartlarının bazardakı sayı azalmaqda davam edir, 2017-ci ilin sonunda 623 ədədə düşüb.
Azərbaycanlılar xaricdə 1 milyard 23 milyon xərcləyiblər
12:56
1 Mart 2018