Fərid Siyavuş oğlu Talışlı BVF-nin Qırğızıstan Respublikasındakı daimi nümayəndəsi vəzifəsinə təyin edilib.
“Azərsun Holdinq”də - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, Fərid Talışlı 1972-ci il oktyabrın 25-də Moskvada anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının Mühəndis-iqtisadçı fakültəsini, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. 2006-cı ildə M.Lomonosov adına Moskva Dövlət Universitetində iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
Peşəkar fəaliyyətinə 1993-cü ildə Azərbaycan Milli Bankında başlayıb. 2003-2006-cı illərdə BVF-nin yerli ofisində işləyib. 2006-2009-cu illərdə Dünya Bankının Azərbaycan nümayəndəliyində iqtisadçı vəzifəsində çalışıb. 2010-cu ildən BVF-nin Vaşinqtondakı baş qərargahında işləyir.