Yaxın həftələrdə Türkiyə Azərbaycanla 1 milyard avroluq svop müqaviləsi imzalayacaq.
FED.az xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.
Bildirilib ki, təklif olunan saziş Türkiyənin valyuta ehtiyatlarını artırmaq üçün son vaxtlar bağladığı bir neçə valyuta svoplarından biridir.
Məlumata görə, saziş demək olar ki, tamamlanıb. Amma hələ vaxtı dəqiqləşməyib.
Bundan əlavə, bir müddət öncə Türkiyə Birləşmiş Ərəb Əmirlikləri ilə təxminən 5 milyard dollarlıq valyuta svop müqaviləsi imzalayıb.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının xalis beynəlxalq ehtiyatları keçən ay mənfi 56 milyard dollara düşüb. Bu da 2002-ci ildən bəri bankın lirəni sabitləşdirmək üçün sərt valyuta satışından sonra ən aşağı göstəricidir. (modern.az)