Azərbaycan Abu-Dabi Qlobal Bazarı ilə mümkün gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
Azərbaycan və Çin bank sektorunda institusional əməkdaşlığı dərinləşdirə bilər
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Belə ki, bu, Mərkəzi Bankın sədri Taleh Kazımovun Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində beynəlxalq maliyyə mərkəzi olan Əbu-Dabi Qlobal Bazarında olduğu zaman baş tutub.
Qeyd olunub ki, görüş çərçivəsində mərkəzin təqdim etdiyi imkanlar, ölkədə və regionda innovasiyaların və maliyyə texnologiyalarının təşviqi ilə əlverişli biznes mühitinin formalaşdırılmasına verdiyi töhfələr nəzərdən keçirilib.
Vurğulanıb ki, həmçinin, mərkəzlə mümkün gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.