Azərbaycanda texnologiya şirkəti olan “CyberNet” MMC-nin baş icraçı direktoruna yeni müavin təyin edilib.
Eləcə də bax: “MilliKart” prosessinq mərkəzinin rəhbərliyində - YENİ TƏYİNATLAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, Ramin Bağırovdur.
Ramin Bağırov buna qədər “CyberNet”in baş texnologiya inzibatçısı idi.
Ramil Şərifov isə IT şirkətinin Proqramlaşdırma departamentinin direktoru təyin edilib.
“CyberNet” MMC 2004-cü ildə təsis edilib və 10 000 manat nizamnamə kapitalı var. Şirkətin baş icraçı direktoru Emil Əmirovdur.