Bu ilin yanvar-may aylarında Azərbaycan 14,449 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb. FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7% çoxdur.
5 aylıq ticarət dövriyyəsinin 8,615 milyard dolları ixracın, 5,834 milyard dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 16,9%, idxal isə 51,3% artıb.
Nəticədə xarici ticarətdə 2,781 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 20,9% azdır.