2025-ci ilin 1 yanvar tarixinə ölkənin valyuta ehtiyatları (Azərbaycan Dövlət Neft Fondu və Azərbaycan Mərkəzi Bankı) 71 milyard dollar məbləğində olmaqla hesabat dövrünün sonuna xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir.
Azərbaycanın xarici dövlət borcu azalıb, daxili dövlət borcu artıb - YENİ RƏQƏMLƏR
FED.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, xarici dövlət borcunun 49 faizi 5 ilə qədər olan müddətdə, 44,9 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6,1 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
2025-ci il 1 yanvar tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub:
ABŞ dolları – 86,1 faiz, avro – 5,8 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,6 faiz.