Ötən ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar və ya 19,8% artaraq 85,1 milyar dollara çatıb.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, AMB-nin valyuta ehtiyatları 11,5 milyard dollar olub.
Ötən ilin 9 aylıq nəticələrinə baxsaq strateji valyuta ehtiyatları 38 aylıq mal və xidmətin idxalına kifayət edir.










