Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 695,6 milyon manat təşkil edib.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu isə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19,6 faizini edib.
Ümumi dövlət borcunun 8 milyard 518,2 milyon manatı (5 milyard 010,7 milyon ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17 milyard 177,4 milyon manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.